Çaylarda çirklənmə vəziyyəti ilə bağlı monitorinqin nəticələri açıqlandı

Çaylarda çirklənmə vəziyyəti ilə bağlı monitorinqin nəticələri açıqlandı
Sosial 935
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında keçirilən sonuncu monitorinqin nəticələri açıqlanıb.BAKU.WS-in məlumatına görə, avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 7,0 m3/san artaraq 117,0 m3/san təşkil edib.Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayda 2,2, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,9-2,4, biogen maddələrdən-ammoniumun miqdarının 4, nitritlərin miqdarının isə 15-16 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.Suyun oksigen rejimi bütün məntəqələrdə 5.20-7.51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.BAKU.WS

Oxşar xəbərlər

Avqustda anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

Avqustda anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

“Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır".BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ict...

3120 Şou-biznes 11:24 02 avqust 2018

Son xəbərlər