Avqustda anomal istilər gözlənilir - XƏBƏRDARLIQ
02
avq
2018
11:24
“Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır".BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bunu "report"a açıqlamasında deyib.O bildirib ki, ölkə ərazisində avqust ayının birinci ongünlüyündə havanın temperaturu çoxillik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongünlüyündə havanın temperaturu bir qədər yüksək olsa da, kəskin istilər gözlənilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan verməyəcək. Hava şəraiti hamı üçün, xüsusən də meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra küləklər səngiyəcək, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yüksəlməyə başlayacaq".U.Tağıyevanın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".BAKU.WS
Oxşar xəbərlər
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanı...