Bakıda 26, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 26, rayonlarda 32 dərəcə isti olacaq
Sosial 1375
Sabah gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.BAKU.WS

Oxşar xəbərlər

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ver...

1413 Şou-biznes 13:59 05 iyun 2018

Son xəbərlər