Azərbaycan ərazisinə çaylarla "təhlükə" gəlir
28
okt
2017
09:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayında növbəti monitorinq həyata keçirib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, oktyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən 36 m3/san artaraq 183 m3/san təşkil edib.Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə , I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.Suyun oksigen rejimi bütün məntəqələrdə 7.19-8.36 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.BAKU.WS
Oxşar xəbərlər
Bakını bürüyən təhlükəli toz dumanı ilə bağlı YENİ RƏSMİ AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı op...