Bulvarda mehmanxanalar, biznes, ticarət və əyləncə obyektləri tikiləcək
Bakının gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar inşa etmək, həmçinin mövcud dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 kilometrdən 25 kilometrə qədər artırılması təklif olunur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların və bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, eləcə də turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların tikintisi nəzərdə tutulur.
Həmçinin, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda tramvay xətləri bərpa olunacaq
"Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi dəyişikliklər olacaq, çünki Bakının gələ...