Bu tarixdə Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, qurum "Qarabağ" Futbol Klubu və Şimali Makedoniya təmsilçisi "Şkendiya" arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.
"Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək", - məlumatda qeyd olunub.
Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Oxşar xəbərlər
10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib?
Gəncədə fabrik ərazisində qanunsuz olaraq 12 fərdi yaşayış evinin tikildiyi iddia olunur. BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə müraciət...