Bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər
![Bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər](https://baku.ws/storage/photos/uploads/thumbs/large/H7Cn2pcqqirSoCHwkthvEcSvcirNKoaXgc8eq62D.webp)
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakəndə yerləşən "Balacans agro food" MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- obyektin daxili yanğın kranlarında suyun təzyiqi normaya uyğun təmin edilməyib və tam komplektləşdirilməyib;
- yanğın xəbərverici siqnalizasya qurğularının istismar vəziyyətinə nəzarət edilmir;
- obyektdə mövcud olan yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri saz vəziyyətdə saxlanılmır;
- yanğından müdafiə sistemləri və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə aidiyyəti qurumlara məlumat verilməyib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Balakən şəhərində yerləşən "Balacans agro food" MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Oxşar xəbərlər
Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir - BAKU AKTUAL
Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında ət və ət məhsullarına tələbatın artması fonunda heyvandarlığa...
![](/images/banners/placeholder_home_right_az.jpg)