Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ
İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi çərçivəsində dəmir yolu infrastrukturunun yaradılması üçün ümumi ehtimal olunan dəyəri 3,7 milyon manatdan çox olan iki layihə həyata keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC layihə çərçivəsində yol dəyişənlər üçün dəmir-beton tirlər və "R65" tipli dəmir yolu relsləri alacaq.
Yol dəyişənlər üçün dəmir-beton tirlərin satın alınmasının ehtimal olunan qiyməti 891 min 136 manat təşkil edir. Satınalma çərçivəsində B70 markalı betondan hazırlanmış 32 dəst dəmir-beton tirin alınması nəzərdə tutulur. Bu tirlər dəmir yolu xəttində qatarların bir yoldan digərinə keçirilməsini təmin edən yol dəyişənlərin qurulmasında istifadə olunacaq.
Bundan əlavə, layihə çərçivəsində "R65" tipli dəmir yolu relslərinin satın alınması üçün 2 milyon 885 min 269,92 manat vəsait nəzərdə tutulub.
Oxşar xəbərlər
Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir"
"Palçıq vulkanları turizm kompleksi son illərdə turistlərin ən çox ziyarət etdiyi turizm məkanlarından birinə çevrilib". BAKU.WS xəbər verir ki, bunu Dövlət Tur...