Bu qaydaya əməl etməyən sürücülər 150 manat cərimə olunacaq - XƏBƏRDARLIQ

Bu qaydaya əməl etməyən sürücülər 150 manat cərimə olunacaq - XƏBƏRDARLIQ
Sosial 2326
15 noyabr tarixindən etibarən avtomobillərin yan şüşələrinə quraşdırılan jalüzlərin istifadəsi qadağan olunacaq. Qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcəklər.BAKU.WS-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lider TV-yə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin arxa sağ-sol qapı şüşələrindən jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər