Sürücülərin nəzərinə! 150 manatlıq cərimə qüvvəyə minir (VİDEO)
14
noy
2017
11:10
2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə dövlət komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.BAKU.WS xəbər verir ki, artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.Noyabr ayının 15-indən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Müəyyən olunmuş müddətdən etibarən həmin sürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq. Xatırladaq ki, yol hərəkatı qaydasının maddəsinə əsasən həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə edilən qadağanın vaxtına 3 həftədən az vaxt qaldı: 150 AZN cərimə
Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına az vaxt qalıb.BAKU.WS-in məlumatına görə, 2013-cü ilin 15 aprel tarixində Metro...