Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 2-si saat 9-dan 3 aprel saat 20-dək Bakının Azadlıq prospektində təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaqdır.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, sözügedən ərazidə diqqətli olmağı, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etməyi xahiş edir.
Oxşar xəbərlər
Bayram günlərində bağlı olacaq küçə və prospektlərin - SİYAHISI
Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27...