Bu il məktəblərdə "Son zəng" tədbirləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA

Bu il məktəblərdə Son zəng tədbirləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Sosial 129

Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

BAKU.WS-in report-a istinadən məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirlərinin ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər