Bu il Azərbaycanda 44 nəfəri ilan sancıb
02
iyl
2019
11:38
“Bu ilin 6 ayı ərzində 44 nəfər ilan sancması ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib”.BAKU.WS xəbər verir ki, bunu həmin şöbənin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov “report”a açıqlamasında deyib.Şöbə müdiri bildirib ki, aprel ayında 6, mayda 21, iyunda da 17 nəfəri ilan sancıb: “Mayda ilan sancanlardan 4-ü, iyunda isə 2-si uşaq olub. Müraciət edənlər Şirvan, Hacıqabul, Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, Yevlax, Gəncədə yaşayanlardır. İlan sancmasından ölüm faktı qeydə alınmayıb”.A.Maqsudov bu il əqrəb sancması ilə müraciət edənlərin sayının 7 nəfər olduğunu bildirib: “Əqrəb sancanlar arasında uşaq yoxdur. Hamısı müayinə və müalicədən sonar evə buraxılıb”.
Oxşar xəbərlər
42 nəfər dəm qazından zəhərlənib - 6-sı uşaqdır
Azərbaycanda yanvar ayından indiyədək 42 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə...