Azərbaycanda 68 nəfəri ilan vurub
Bu ilin iyul ayı ərzində Azərbaycanda ilan sancan 14 nəfər xəstəxanaya yerləşdiriiib.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ilan sancma hadisələri əsasən Bakıətrafı qəsəbələrdə, Şamaxı, Qəbələ, Aran rayonlarında qeydə alınıb. Ümumilikdə aprel ayından indiyədək (4 ay ərzində) Azərbaycanda ilan sancma ilə bağlı 68 nəfər xəstəxanaya yerləşdirilib. İlan sacmadan ölüm halı qeydə alınmayıb.
Cari ilin iyul ayı ərzində 8 nəfəri əqrəb, 4 nəfəri isə qaraqurd sancıb və onlar xəstəxanaya yerləşdirilib. Onlardan biri 4 yaşlı uşaq olub. Bu vaxta kimi əqrəb sancmasından da ölüm halı qeydə alınmayıb.
Lakin bu ay qaraqurd sancmasından 14 yaşlı qız ölüb. Bu da cari il ərzində qeydə alınan il ölüm halıdır.
BAKU.WS
Oxşar xəbərlər
14 yaşlı qızı həşərat öldürdü
Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb. BAKU.WS bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kənd...