Göyçayda qadını ilan sancıb
27
iyn
2018
23:16
Göyçayda qadını ilan sancıb.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.Kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərova Almaz Əbilhəsən qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən çəmənlikdə olan ilan qəflətən onu sancıb. Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.Qeyd edək ki, son bir ay ərzində Göyçayda 10-a yaxın şəxs ilan və zəhərli həşərat sancması səbəbindən rayon xəstəxanasına gətirilib.BAKU.WS
Oxşar xəbərlər
Göyçayda evdə partlayış: yaralı var
Göyçayda evdə partlayış olub.APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Kürd kəndində qeydə alınıb. Fərdi yaşa...