Sərhədçilər 83 yaşlı qadının həyatını xilas etdilər

Sərhədçilər 83 yaşlı qadının həyatını xilas etdilər
Hadisə 858
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Füzuli rayon sakininin həyatını xilas ediblər.DSX-dən BAKU.WS-ə verilən məlumata görə, iyulun 15-də Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.E.Məmmədovanın həyatını xilas etmək üçün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.BAKU.WS

Oxşar xəbərlər

Bazarda meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

Bazarda meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib."Report"un Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı baz...

3801 Hadisə 23:16 28 iyun 2018

Son xəbərlər