Bu iki 18 yaşlı qız BDU-nu bitirdi, magistraturaya qəbul oldu - FOTO
20
iyn
2019
09:48
Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı məzunları magistraturaya qəbul olublar.BAKU.WS “Report”-a istinadla xəbər verir ki, universitetin Kimya fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Nigar Veysəlova və Beynəlxalq münasibətlər fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Turana Tağıyeva magistraturaya keçirilən qəbul imtahanında uğurlu nəticə əldə ediblər.N.Veysəlova magistr təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə davam etdirəcək.T.Tağıyeva isə magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.Qeyd edək ki, hər iki magistrant 4 yaşında birinci sinfə, 14 yaşında isə BDU-ya qəbul olub.
Qalereya
Oxşar xəbərlər
Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata gör...