Bu günlə bağlı XƏBƏRDARLIQ

Bu günlə bağlı XƏBƏRDARLIQ
Sosial 121

Bu gün maqnit qasırğası gözlənilir.

Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, 4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib.

Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10:00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib.

LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb.

Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kosmik hava durumu və proqnozu AÇIQLANDI - FOTO

Kosmik hava durumu və proqnozu AÇIQLANDI - FOTO

Günəşin səthində ləkələrin sayı azalıb və hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adın Şamax...

115 Sosial 14:28 10 aprel 2023

Son xəbərlər