Bu gün Geomaqnit sahəsində qasırğa gözlənilir

Bu gün Geomaqnit sahəsində qasırğa gözlənilir
Sosial 113

Son 24 saat ərzində Günəşin fəallığı zəif olub. Hesabat dövründə maksimum fəallıq 19 fevral saat 12:17-də 3226 oblastında baş vermiş C 6.8 sinifli alışma olub.

Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hazırda Günəşin səthində tac dəlikləri müşahidə olunur.

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb. Hal-hazırda isə Geomaqnit sahə sakitdir (1Kp).

Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

Oxşar xəbərlər

Əhaliyə XƏBƏRDARLIQ: Fevral ayının bu günlərində...

Əhaliyə XƏBƏRDARLIQ: Fevral ayının bu günlərində...

Fevral maqnit qasırğasının aktivliyinin ən təhlükəli dövrü olmayacaq, lakin meteohəssaslara çoxlu narahatlıq gətirəcək. BAKU.WS “lent.az”a istinadən xəbər verir...

2132 Sosial 22:11 01 fevral 2023

Son xəbərlər