Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
Sosial 60

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

BAKU.WS xəbər verir ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xaçmazda məhsul sahədə qaldı: Gilaslar xarab oldu

Xaçmazda məhsul sahədə qaldı: Gilaslar xarab oldu

Xaçmazın Pirquluoba kəndində alıcı olmadığı üçün gilaslar xarab olub. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.  Sahibkar bil...

93 Sosial 09:42 01 iyul 2026

Son xəbərlər