Bu gün buraxılış imtahanları keçirilir
21
iyn
2018
10:37
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 64800 şagird (IX sinif üzrə 37029, XI sinif üzrə 27771) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.DİM-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.BAKU.WS
Oxşar xəbərlər
Abbaszadə buraxılış imtahanındakı yenilikləri AÇIQLADI
2019-cu ildə XI sinif şagirdləri yeni tipli buraxılış imtahanı verəcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının...