Bu gün 57 910 şagird imtahan verib

Bu gün 57 910 şagird imtahan verib
Sosial 1419
 

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57910 şagird (IX sinif üzrə 32388, XI sinif üzrə 25522) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-dən BAKU.WS-ə verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da, 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb. 9-cu sinif şagirdləri üçün imtahan 1 saat 30 dəqiqə ərzində, 11-ci sinif şagirdləri üçün isə imtahan  saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb. İyulun 1-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər