Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
29
apr
2026
09:03
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar aprelin 29-da saat 10:00-dan işlər başa çatanadək Ramana Südçülük sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naq...