Bu gün Bakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtın bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildiril...