Bu ərazilərində elektrik enerjisi KƏSİLİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, martın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək şəhər ərazisində Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov, Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...