Bu ərazidə yollar əsaslı təmir olunacaq - ÜNVANLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən Rayon İcra Hakimiyyəti şəhərdaxili yolların əsaslı təmiri ilə bağlı işlər görüəcək.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində şəhərin bir neçə küçəsində asfalt örtüyü yenilənəcək və yol infrastrukturu yaxşılaşdırılacaq.
Təmir işləri Fərman Salmanov, Daşqın Turabov, Ağamusa Nağıyev və Nəsib bəy Yusifbəyli küçələrini əhatə edəcək. Layihənin ümumi dəyəri 212 min manat təşkil edəcək.
Qeyd edək ki, görüləcək işlər şəhərdaxili nəqliyyatın hərəkətini rahatlaşdıracaq, avtomobillərin istismar xərclərini azaldacaq və sakinlərin gündəlik gediş-gəlişini daha təhlükəsiz edəcək. Eyni zamanda, yolların yenilənməsi şəhərin ümumi infrastruktur görünüşünə də müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...