Bu ərazidə yeni yerüstü piyada keçidi TİKİLİR
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni yerüstü piyada keçidi Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19.5-ci km-liyində tikilir.
İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4, pilləkənlərin eni 2 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq.
Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Qalereya
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...