BSU rektoru rus dilində danışmağın qadağan edilməsi iddiasından danışdı
"Bir müddət əvvəl söhbət çıxardılar ki, Nurlana xanım Bakı Slavyan Universitetində rus dilində danışmağı qadağan edib. Gərək nə qədər bəsit düşüncəli olasan ki, bu sözə inanasan".
"Report" xəbər verir ki, bu sözləri Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlanə Əliyeva deyib.
O bildirib ki, bəzi jurnalistlər bu cür fikirləri, məlumatları yazırlar: "Bakı Slavyan Universitetində rus dilində danışmağı necə qadağan etmək olar? Rus dilinə xor baxanlara biz də xor baxırıq".
N.Əliyeva qeyd edib ki, tələbələrin BSU-da rus dilini daha dərindən öyrənmələri üçün müxtəlif tədbirlər həyata keçirilir: "Biz tələbələrin nəinki rus dilini, yapon, ingilis, alman və s. dillərini öyrənmələrini istəyirik. BSU-da 300-ə yaxın əcnəbi tələbə də təhsil alır".
N.Əliyeva rektorluğu müddətində onunla bağlı yayılan bəzi məqamlara da toxunub: "Gah dedilər ki, Nurlana Əliyeva tələbələrin universitetə şortiklə gəlməsini qadağan edir. Gah dedilər ki, rektor ikinci mərtəbəyə qalxmağa görə, özü üçün lift qoşdurur. Mən o liftdən bir il ərzində bir-iki dəfə istifadə etmişəm. Amma bizim yaşlı əməkdaşlarımız var ki, bu liftə görə mənə nə qədər təşəkkür edirlər. Fəhlələr universitetdə təmir işlərini aparanda özüm də onlarla bərabər burada olurdum və işlərə nəzarət edirdim. Universitetin bəzi avadanlıqları, mebelləri yararsız vəziyyətdə idi, onların hamısnı yenilədik".
BAKU.WS
Oxşar xəbərlər
Kamal Abdulla qalmaqallı universitetin tələbələri ilə görüşdü
Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub. "Report" xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayı...