Qalmaqallı rektorun sökdürdüyü mozaika bərpa edildi - FOTO

Qalmaqallı rektorun sökdürdüyü mozaika bərpa edildi - FOTO
Sosial 1970

 

Keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir. 

Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib. 

Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə qafqazinfo-ya açıqlamasında bu işin Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.

Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini təqdim edirik:

BAKU.WS

Son xəbərlər