Yeni rektor Slavyan universitetində rus dilində danışmağı qadağan etdi (İDDİA)

Yeni rektor Slavyan universitetində rus dilində danışmağı qadağan etdi (İDDİA)
Sosial 5035

 

Bakı Slavyan Universitetinin yeni rektoru ali məktəbdə rus dilində danışmağı qadağan edib. O bildirib ki, kim universitetdə rus dilində danışsa, onu cəzalandıracaq.  

BAKU.WS xəbər verir ki, bu haqda "Əli və Nino" mağazalar şəbəkəsinin Facebook səhifəsində qeyd edilib. 

Bu məsələ ilə bağlı BAKU.WS əməkdaşı universitetin mətbuat katibi Adil Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, məzuniyyətdədir və universitetdə olan proseslər haqqında heç bir informasiya verə bilmir.

Xatırladaq ki, bir neçə gün öncə universitetin yeni rektoru Nurlana Əliyeva ali məktəbin binasının fasadında olan mozaikanın dağıdılmasıyla əlaqədar qərar verib. 

Elnurə Vəliyeva

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar

Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar

Bakı Slavyan Universitetinə yeni təyin olunan rektor Nurlana Əliyeva artıq ilk göstərişini verib. BAKU.WS-in məlumatına görə, xanım rektor universitetin fasad...

1627 Hadisə 11:04 10 avqust 2016

Son xəbərlər