Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar

Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar
Hadisə 1627

Bakı Slavyan Universitetinə yeni təyin olunan rektor Nurlana Əliyeva artıq ilk göstərişini verib. 

BAKU.WS-in məlumatına görə, xanım rektor universitetin fasadındakı mozaikalı rəsmləri sökdürür. Günel İmamova adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı şəkildən aydın olur ki, təmir-tikinti işlərinə start verilib. 

Maraqlısı ondadır ki, mozaikalı rəsmlərdə Nəsimi, Nizami və Mirzə Fətəli Axundovun portretləri həkk olunub. Universitet rektorunun belə bir qərar verməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Fasaddan sökülən mozaikanın yerinə nə vurulacağı hələlik bilinmir. Oxucularımız daha təfəkkürlərin rəsmlərinin universitetin başqa bir guşəsində yenidən həkk olunacağına ümid edir.

Şahin Həbibov

BAKU.WS   

Oxşar xəbərlər

Yeni rektordan Qafqaz Universiteti ilə bağlı XƏBƏRDARLIQ

Yeni rektordan Qafqaz Universiteti ilə bağlı XƏBƏRDARLIQ

Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, heç bir təhsil sistemi...

1423 Sosial 12:20 22 iyul 2016

Son xəbərlər