Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib - FOTO

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib - FOTO
Sosial 3023
 

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib.

BAKU.WS-in "Report”-a istinadən verdiyi xəbərdə bildirilir ki, agentliyin sorğusuna cavab olaraq universitetdən bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bu vəzifənin icrası professor Havar Məmmədova tapşırılıb.

Yeni rektor əvəzi artıq vəzifəsinin icrasına başlayıb.

İndiyə qədər BMU-nun rektor səlahiyyətlərini Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov icra edirdi.

Qeyd edək ki, BMU ötən ay fəaliyyətə başlayıb. Keçmiş Qafqaz Universitetinin bazası həmin təhsil ocağının tabeliyinə verilib.

Xatırladaq ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Təhsil haqqı artırılacaq? - RƏSMİ

Təhsil haqqı artırılacaq? - RƏSMİ

Bakı Mühəndislik Universiteti üçün hazırda plan yerləri müəyyənləşdirilir, siyahı hazırlanır. BAKU.WS xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil N...

1934 İqtisadiyyat 17:35 09 fevral 2017

Son xəbərlər