Yeni rektrordan “təmizləmə” anonsu: "Kimlərinsə ixtisar olunması labüddür"
"Yeni kadr islahatları aparmağı planlaşdırırıq”.
Bunu Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib. Onun sözlərinə görə, universitetin strukturunda dəyişiklik ediləcək: "Görünür, əvvəlki illərdə tələbələrin sayı çox olub. Bu gün isə tələbələrin sayı azalıb. Hazırda universitetdə 3 min tələbə təhsil alır. Tələbələrin sayı azalsa da, işçilərin sayı olduğu kimi qalır. Buna görə də işçilərin sayında ixtisarlar olacaq. Hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir.
Hansı kafedraların arasında fəaliyyət sahəsinə görə uyğunluq varsa, onlar birləşdiriləcək. Hər bir kafedranın deyilən dərslərə uyğun ədəbiyyatı, kitabxanası olmalıdır. Universitetin qiraət zalının tamamilə müasirləşdirilməsinə çalışacağıq. Öz üzərində işləmək istəyən tələbənin masasının üstündə heç olmasa, noutbuku olmalıdır”.
Rektor bildirib ki, universitetdə müəllim-tələbə nisbətində uyğunsuzluq yaranıb: "3 min tələbə var, 644 müəllim-professor heyəti fəaliyyət göstərir. Müəllimlərin 315 nəfərinin elmi adı yoxdur, 295 nəfər 0,5 ştatla, 62 nəfər isə 0,25 ştatla işləyir. Kənar təşkilatlardan 54 nəfər əvəzçiliklə fəaliyyət göstərir. Belə olduqda kimlərinsə ixtisar olunması labüddür. Qaldı kollecdən universitetə kadrların gətirilməsinə, oradan cəmi bir nəfər-təsərrüfat işçisi dəvət etmişəm”.
Nurlana Əliyeva deyib ki, ötən il universitetə tələbə qəbul planı kəsirdə qalıb. "Bu isə ürəkaçan hal deyil. Tələbələrin qəbulu normal dərs yükü deməkdir, hamının bütöv bir ştatla işləməsi deməkdir. Bu il tələbə qəbul planımız 88 faizlə yerinə yetirilmişdir. Deyilənə görə, son 12 ildə universitetə tələbə qəbulu bu səviyyədə olmayıb. Bu il peşəyönümünü daha da gücləndirmək niyyətindəyik.
İmtahanların təşkilində yeni qaydalar tətbiq olunacaq, tədris sənədləri yenilənəcək, tyutorlar institutu yaradılacaq. Bu ildən ödəniş əsasında qəbul edilən tələbələrlə müvafiq müqavilə bağlanacaq”.
Virtualaz.org
BAKU.WS
Oxşar xəbərlər
Yeni rektor Slavyan universitetində rus dilində danışmağı qadağan etdi (İDDİA)
Bakı Slavyan Universitetinin yeni rektoru ali məktəbdə rus dilində danışmağı qadağan edib. O bildirib ki, kim universitetdə rus dilində danışsa, onu cəzalandıra...