Kamal Abdulla qalmaqallı universitetin tələbələri ilə görüşdü

Kamal Abdulla qalmaqallı universitetin tələbələri ilə görüşdü
Sosial 2581

 

Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub.

"Report" xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

M.Cabbarov K.Abdullanın 14 il Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığını, bu rektorluq təcrübəsinin ADU-ya faydalı olacağını deyib.

Qeyd edək ki, iyun ayının 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.

BAKU.WS

Oxşar xəbərlər

Prezident Azərbaycan Dillər Universitetinə yeni rektor təyin etdi

Prezident Azərbaycan Dillər Universitetinə yeni rektor təyin etdi

Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərə...

34701 Sosial 17:08 01 iyun 2017

Son xəbərlər