Britaniyada koronavirusun yeni ştammı aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Edinburq Universitetinin tədqiqatçıları Böyük Britaniyada koronavirusun daha bir ştammını aşkarlayıblar.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə nüfuzlu "The Guardian" qəzeti yazıb.
B1525 adı almış yeni ştamm artıq 10 ölkədə yayılıb: Danimarka (35 yoluxma halı), Böyük Britaniya (32), Nigeriya (12), ABŞ (7), Fransa (5), Qana (4), Avstraliya (2), Kanada (2) və İspaniya (1).
Məlumata əsasən, yeni ştamm İngiltərədə üstünlük təşkil edən "Kent" ştammından E484K mutasiyası ilə fərqlənir. Sözügedən mutasiya Braziliya, Cənubi Afrika və Bristol ştammlarında da müşahidə edilir.
Bununla əlaqədar ekspertlər Böyük Britaniya hakimiyyətini yeni ştammın yayıldığı ərazilərdə testlərin sayını artırmağa çağırıblar.
Oxşar xəbərlər
Koronavirusun “Britaniya” ştammının xüsusiyyətləri
Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı...