BQXK Ermənistana keçən azərbaycanlı qadınla bağlı danışıqlara başladı

BQXK Ermənistana keçən azərbaycanlı qadınla bağlı danışıqlara başladı
Sosial 1119
 

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçən 1977-ci il təvəllüdlü Zöhrə Vardzor qızı Vəliyeva ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. ANS PRESS-in məlumatına görə, bu barədə BQXK-nin İrəvan ofisinin proqram rəhbəri Zara Amatuni deyib. 

"Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan hökumətindən insidentlə bağlı məlumat alıb. Hazırda komitənin mandatına uyğun olaraq, Ermənistan höküməti ilə bu barədə görüşlər keçirilir. Görüşün əsas məqsədi - onun hazırkı şəraitini qiymətləndirmək və ailəsi ilə əlaqə yaratmağını təmin etməkdir. Tərəflərin razılığı ilə onu geri - vətəninə qayıtmasına şərait yaradılacaq", - deyə  Zara Amatuni bildirib. 

Ötən gün Tovuz rayonunun Yanıqlı kənd sakini 1977-ci il təvəllüdlü Zöhrə Vardzor qızı Vəliyeva Azərbaycan-Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçib. İnsident haqqında dərhal BQXK-nin İrəvan ofisinə məlumat daxil olub. 

Bu barədə "NEWS.am" saytına Ermənistanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Lakin ANS PRESS-in əldə etdiyi məlumata görə, qadın nəinki həmin kəndin, heç rayonun da sakini deyil. Yanıqlı kənd sakinləri bildiriblər ki, həmin qadının onların kəndi ilə heç bir əlaqəsi yoxdur: "Bu qadın nəinki Yanıqlı, heç Tovuz rayonunun sakini də deyil. Bir neçə gün bundan əvvəl bizim kəndə gəldi və özünü falçı kimi təqdim etdi. Onun həm xarici görünüşündən, həm də hərəkətlərindən ruhi xəstə olduğu hiss edilirdi.

BAKU.WS

Son xəbərlər