Ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçən erməni hərbçi qaytarıldı
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından BAKU.WS-ə verilən məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilən razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar olunub. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev G20-də çıxış etdi: "Bu çox ciddi məsələdir"
Prezident İlham Əliyev "Böyük İyirmiliyin” Sammiti çərçivəsində keçirilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələrdə ç...