Əsgərlərimiz təmas xəttində erməni qadın saxladılar

Əsgərlərimiz təmas xəttində erməni qadın saxladılar
Hadisə 1405

Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,  saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

Ermənilərlə üz-üzə dayanan sakinlərimiz avropalıları fakt qarşısında qoydu

Ermənilərlə üz-üzə dayanan sakinlərimiz avropalıları fakt qarşısında qoydu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xətti...

1061 Hadisə 16:06 09 oktyabr 2015

Son xəbərlər