Bir neçə küçədə yollar əsaslı təmir ediləcək - ÜNVANLAR
29
iyn
2026
10:31
Hacıqabul Rayon İcra Hakimiyyəti şəhər ərazisində yolların əsaslı təmirini həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 515 min manat təşkil edir.
Layihəyə əsasən, təmir işləri H.Həmidov, M.Ə.Rəsulzadə, Şəhriyar və 20 Yanvar küçələrini, həmçinin M.Ə.Rəsulzadə küçəsinə bitişik dalan yolları və Babək küçəsi ilə Şirvan küçəsini birləşdirən yolu əhatə edəcək.
Qeyd edək ki, məqsəd şəhərdaxili yolların vəziyyətini yaxşılaşdırmaq, nəqliyyatın hərəkətini rahatlaşdırmaq və yol infrastrukturunun dayanıqlığını artırmaqdır.
Oxşar xəbərlər
Bakının bir çox yollarında tıxac yaranıb
Bakının bir çox yollarında tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollarda...