Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.
Oxşar xəbərlər
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
Bakının iri rayon və qəsəbələrinin bir hissəsində, həmçinin Xırdalan qəsəbəsində günlərdir ki su gəlmir. Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil...