Biləcəridə ACINACAQLI HAL - Ağacları kütləvi məhv edən kimlərdir?
Binəqədi rayonu Biləcəri qəsəbəsindəki yaşıllıq ərazidə ağacların kəsilməsi faktı ilə bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Bunu BAKU.WS-ə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
***15:16
Bakının Binəqədi rayonu ərazisində ekoloji narahatlıq doğuran vəziyyət yaranıb.
BAKU.WS-in məlumatına görə, söhbət Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsində yerləşən meşəlik ərazidə uzun illərdir mövcud olan ağacların kütləvi şəkildə məhvindən gedir.
Sözügedən ağacların böyük əksəriyyəti sovet dövründə əkilib və illər boyu qəsəbənin ekoloji balansında mühüm rol oynayıb. Yerli sakinlərin sözlərinə görə, bu yaşıllıq ərazi Biləcəriyə xüsusi gözəllik verir, havanın təmizlənməsində və oksigenlə zənginləşməsində əhəmiyyətli rol oynayırdı.
Hazırda isə naməlum şəxslər tərəfindən ağacların kəsildiyi və ya zədələndiyi müşahidə olunur. Sakinlər bildirirlər ki, ağacların bir hissəsi məqsədli şəkildə məhv edilir və müdaxilə nəticəsində çürüyərək yerə aşır. Bu proses hər gün davam edir və yaşıllıq sahəsi getdikcə məhv olur.
Mövzu ilə bağlı görüntüləri olduğu kimi təqdim edirik:
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT
Tovuz rayonunun Aşağı Mülkülü kəndində tonlarla soğan fermerlərin həyətində xarab olur. Kənd sakinləri Baku TV-yə məhsulu satışa çıxara bilmədiklərini, bazarlar...