Bəzi yerlərdə yağıntı və külək müşahidə olunur - FAKTİKİ HAVA
19
mar
2025
09:26
Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.
Oxşar xəbərlər
Bir neçə yolda yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su...