Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?

Əvvəlcə Ağcəbədi, indi də Cəlilabad və Qaxda heyvanlar arasında yoluxucu virus yayıldığı bildirilir.
BAKU.WS xəbər verir ki, söhbət fermerlərin qorxulu yuxusuna çevrilən Dabaq xəstəliyindən gedir. Heyvanların xəstələnməsi fermerlərdə narahatlıq yaradıb. Bəzi sahibkarlara ciddi ziyan dəyib. Cəlilabad rayonunun Uzuntəpə kənd sakini deyir ki, 30-a yaxın xırdabuynuzlu heyvanı tələf olub.
Artıq 1 aya yaxındır ki, Qaxın Qaysarlı kəndində də heyvanlar arasında yayılan bu virus kəndli-fermerləri xeyli ziyana salıb.
Fermerlərin sözlərinə görə, bu xəstəliyin fəsadları qaçılmazdır: məhsuldarlığı kəskin azalıb - süd verimi 50-70% aşağı düşüb. Heyvanların ağız boşluğunda, dırnaqlarda və bəzi nahiyələrdə yaralar əmələ gəlir. Bundan başqa xəstə heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir, bəziləri isə bir müddət sonra ölür.
Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Oxşar xəbərlər
Yuxuya getməkdə çətinlik çəkirsinizsə, səbəbi evli olmamağınız ola bilər
İstanbulda aparılan araşdırmaya görə, evli insanlar yuxuya daha asan gedir, evli olmayanlarda isə yuxuya getmək çətinliyi daha çox müşahidə olunur. Araşdırmaya...
