Beynəlxalq Bankdan ordumuza dəstək
Aprelin 2-də erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb.
Vətəndaşlarımız, eləcə də ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün imkanlarından istifadə etməyə çalışırlar.
Sabah Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək. Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.
Bundan başqa, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan mülki şəxsləri hədəf alıb: gərginlik davam edir
Ermənilər Fizuli və Tərtər rayonlarındakı yaşayış məntəqələrimizi, eləcə də hərbi mövqelərimizi minomyotlardan atəşə tuturlar. BAKU.WS-in məlumatına görə, bun...