Beynəlxalq Avtovağzal Yeni il ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək

Beynəlxalq Avtovağzal Yeni il ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək
Sosial 1075
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 15 dekabr tarixindən 03 yanvar tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə Bakı Beynəlxalq Avtovağzalına mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun verdiyi məlumata görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb.Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq.Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakı Avtovağzalı gücləndirilmiş rejimdə işləyəcək

Bakı Avtovağzalı gücləndirilmiş rejimdə işləyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikind...

905 Sosial 19:18 14 avqust 2018

Son xəbərlər