Bakı Avtovağzalı gücləndirilmiş rejimdə işləyəcək
14
avq
2018
19:18
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.Kompleksdən BAKU.WS-ə verilən məlumata görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində Avtovağzaldan 400-440 nəqliyyat vasitəsilə, təxminən 12 min sərnişin yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.BAKU.WS
Oxşar xəbərlər
Bakıda şəhərlərarası və beynəlxalq sərnişindaşımanı QRAFİK CƏDVƏLİ
Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Nəqliyya...