Belarusda koronavirusa yoluxanların sayı 3 mini ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusda sutka ərzində COVID-19 virusuna yoluxanların sayı 362 nəfər artaraq 3281 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Belarusda koronavirusdan həyatını itirənlərin sayı 33 nəfər təşkil edir.
"3281 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Onlardan 2444-ü xəstəxanaya yerləşdirilib. Qalan xəstələrin yüngül xəstəliyi var və onlar ambulator şəraitdə müalicə olunur. 57 xəstənin mexaniki bir ventilyasiya cihazının dəstəyinə ehtiyacı var. 33 xəstə koronavirus infeksiyası ilə bir sıra xroniki xəstəliklərdən vəfat edib", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı bir gündə 76 mindən çox artıb
Aprelin 13-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 773 084 nəfərə çatıb. BAKU.WS-in məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının...