Koronavirusda artım - Son 24 saatda ölənlərin sayı 21 292-yə çatdı
Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb.
BAKU.WS habertürk-ə istinadən verdiyi məlumata görə, bu müddət ərzində koronavirusdan ölənlərin sayı dünyada 2 378 nəfər artaraq 21 292-yə çatıb.
Xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 000 artaraq 472 000-ə çatıb.
İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalanları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.
İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspaniya, Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.
Fransada ölü sayı 1 100 nəfərə qədər artıb. İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2 077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.
İngiltərədə isə virus səbəbindən 465 nəfər ölüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.
ABŞ-da ölü sayı 1 000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.
Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib.
Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanlar - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 422 min 945 nəfərdən 109 min 102 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sa...