BDU-nun 1 saylı korpusu təmirə bağlanır? - İDDİA
Sosial şəbəkələrdə yayılan məlumata görə, yanvar ayından etibarən Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusu təmirə bağlanacaq.
BAKU.WS-in məlumtına görə, iddiada bildirilir ki, sessiya dövründə tələbələr imtahanlarını digər tədris binalarında verəcək, sessiya başa çatdıqdan sonra isə dərslər digər təhsil ocağında davam etdiriləcək.
Məlumatlarda təmir qərarının tələbələrin təhlükəsizliyini təmin etmək və tədris şəraitini yaxşılaşdırmaq məqsədi daşıdığı qeyd olunur.
Məsələ ilə bağlı BDU-ya rəsmi müraciət etdik və təhsil ocağından hələlik bu barədə qərar olmadığı bildirildi.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür
Bu gün Azərbaycanın tanınmış akademik Xudu Məmmədovun anım günüdür. Geologiya-mineralogiya elmləri doktorunun vəfatından 38 il ötür. Xudu Surxay oğlu Məmmədov 1...