Batumidə baş verən iğtişaşlarda azərbaycanlılar xəsarət almayıb
Martın 11-də Acarıstan Muxtar Respublikasının Batumi şəhərində baş vermiş iğtişaşlarda Azərbaycan vətəndaşları və ya bu ölkədə yaşayan azərbaycanlılar xəsarət almayıb.
BAKU.WS-in xəbərində bildirilir ki, bunu AZƏRTAC-ın bürosuna müsahibəsində Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov deyib.
R.İsmayılov bildirib ki, martın 11-də bəzi səbəblərdən mülki əhali ilə polis arasında qarşıdurma olmuşdur. Həmin gün 500-ə yaxın sakin polis idarəsini mühasirəyə almış, polisin vətəndaşa qarşı kobud davrandığını əsas gətirərək etiraz aksiyası keçirmişdir.
Aksiya iştirakçıları polis binasını, polis maşınlarını daş-qalaq etmiş, ağacları yandırmış, infrastruktura ciddi ziyan dəymişdir. Batumi şəhərinin meri Gioegi Yermakov, Gürcüstanın daxili işlər naziri Georgi Mqrebişvili, Acarıstan MR Ali Məclisinin sədri David Qabaidze və digər rəsmi şəxslər hadisə yerinə gələrək əhalini sakitliyə dəvət ediblər.
Dövlət və hökumət rəsmiləri hadisənin səbəblərinin araşdırılacağını, səbəbkarların və hüquqazidd əməllər törətmiş şəxslərin cəzalandırılacaqlarını bəyan ediblər.
Diplomat deyib ki, baş konsuluq hadisələrin gedişini diqqətlə izləyir, soydaşlarımızın bu aksiyalarda iştirakı barədə xəbərlərə xüsusi diqqət yetirir. Baş verən iğtişaşlarda azərbaycanlıların iştirakı və ya xəsarət alması barədə konsulluğa heç bir məlumat və ya müraciət daxil olmayıb.
"Hazırda şəhərdə vəziyyət sabitdir və vətəndaşların həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə, baş konsul vurğulayıb.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Batumidə iğtişaşlar: Çox sayda yaralı var – VİDEO
Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 20 nəfər xəsarət alıb, onlardan 11-i polis əməkdaşı, biri isə deputatdı...